ABŞ-ın İsrail səfirliyi Qüdsə köçürülür

ABŞ prezidenti Donald Trampın bütün dünyada etirazla qarşılanan Qüds qərarı bu gündən etibarən icra olunacaq.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Qüdsün cənubundakı yollara artıq ABŞ səfirliyini işarə edən lövhələr qurulub. Lövhələrin üç dildə – ingiliscə, ibranicə və ərəbcə olduğu bildirilir.

Qeyd edək ki, Tramp ötən il 6 dekabr tarixində Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan etmiş və səfirliyin Təl-Əvivdən Qüdsə köçürüləcəyini bildirmişdi.

COP29