ABŞ-ın koronavirusa qarşı vaksini 100 % effekt verdi – Pandemiyanı bitirəcək YENİLİK

ABŞ-ın “Moderna” şirkətinin koronavirusa qarşı hazırladığı vaksinin effektivlik göstəricisi açıqlanıb.

Yenicag.az xəbər verir ki, nəticələr şirkətin rəsmi saytında yer alıb.

İlkin analizlərə əsasən, koronavirusa qarşı vaksinin səmərəliyi 94,1 %, xəstəliyin ağır hallarında isə 100 % olub.

Xatırladaq ki, indiyədək dünyada 63 milyondan çox insanda COVID-19 qeydə alınıb. 1,5 milyona yaxın insan virusun qurbanı olub, 43 milyondan çox pasiyent isə sağalıb.