ABŞ-ın məşhur aktrisası dünyasını dəyişdi

ABŞ-ın məşhur aktrisası Rouz Mari 94 yaşında dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, mərhum aktrisa “Emmi” mükafatının sahibidir. O, “Sevgi Gəmisi”, “Keqni və Leysi”, “Remington Steele” kimi seriallarda rol alıb.

Qeyd edək ki, 2001-ci ildə aktrisanın şərəfinə Hollivudda yerləşən “Şöhrət xiyabanı”nda ulduz həkk olunub.