ABŞ-ın məşhur şirkəti Azərbaycandan gedir

Exxon-Mobil-2ABŞ-ın Exxon Corporation korporasiyasının tərkibinə daxil olan Exxon South Caspian Limited neft-qaz şirkəti Azərbaycanda filialının ləğv edilməsini bəyan edib.

Vergilər Nazirliyindən verilən məlumata görə, şirkət bununla bağlı ləğvetmə komissiyası yaradıb.

Kreditorlar iki ay ərzində tələblərini şirkətin filialına ünvanlaya bilər.