ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman Rusiya əleyhinə sərt ittihamlar səsləndirib.
Yenicag.az xəbər verir ki, səfir Aralıq dənizində sınaqdan keçirdikləri raket haqqında “Bu raketlər Rusiya üçün siqnal olmalıdır” deyə bildirib.
O qeyd edib ki, ABŞ regiondakı müttəfiqlərlə bu cür sınaq atışlarını davam etdirəcək. Rusiya əgər öz təhlükəsizliyini düşünürsə, həm regionda, həm də Latın Amerikası ölkələri arasında qurduğu “teatral siyasət”dən əl çəkməlidir.