ABŞ-ın müşahidə məntəqəsinin atəşə tutulması iddiasına Türkiyənin MN-dən REAKSİYA: “Ola bilməz”

Türkiyənin Müdafiə Nazirliyi Suriyada Fərat çayının şərqində ABŞ qoşunlarının müşahidə məntəqəsinin atəşə tutulması barədə iddiaları təkzib edib.

Yenicag.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Milli Təhlükəsizlik Nazirliyinin bəyanatında deyilir.

Türkiyənin Suruç şəhərinin cənubunda sərhəd zastavaları Amerika ordusunun müşahidə məntəqəsindən təxminən 1 kilometr cənub-qərbdəki yüksəkliklərdən pulemyot və minaatanların atəşinə məruz qalıb. Qeyd edilir ki, özünümüdafiə çərçivəsində terrorçuların mövqelərinə cavab atəşi açılıb:

“ABŞ-ın müşahidə məntəqəsinin atəşə tutulması barədə söhbət belə ola bilməz. Cavab atəşindən öncə Amerika bazasına ziyan dəyməməsi üçün bütün lazımi tədbirlər görülüb. Amerika tərəfindən məlumat verildikdən sonra xəbərdarlıq atəşi tərəfimizdən dayandırılıb. Bizim ABŞ və koalisiya hərbçilərini vurduğumuz barədə söhbət gedə bilməz”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında “Sülh bulağı” adı altında hərbi əməliyyatlara başlayıb.