Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

ABŞ-ın nəbz yoxlanışı - Putin ətrafı ilə üz-üzə qalır?

Reklam: High Technic

Rusiya və ABŞ arasında ziddiyyətlər yeni sanksiyalar fonunda daha kəskin xarakter almağa başlayır. Bildiyiniz kimi Vaşinqtonun Moskvaya qarşı tətbiq etməyə başladığı yeni sanksiyalar Rusiyanın siyasi gündəmində aktiv fəaliyyəti ilə seçilən siyasilərə, hətta biznes sahəsinin 98 nəfər ən varlı adamlarına şamil ediləcək. Həmin siyahıda Rusiyanın baş naziri Dmitri Medvedyevin, xarici işlər naziri Sergey Lavrovun da adları var. Görəsən, ABŞ-ın Putinin ən yaxın ətrafına tətbiq etməyə başladığı yeni sanksiyalarda konkret hədəf nədir? Bu sanksiyalar dünya düzəninə, münaqişə ocaqlarına nə vəd edir?

Yenicag.az-a açıqlamasında politoloq Elşən Mustafayev bildirdi ki, Vaşinqtonun Moskvaya münasibətdə açıqladığı yeni sanksiyaları tətbiq etməsi əslində, Putinlə ətrafı arasında qarşıdurma yaratmağa hesablanmış bir addımdır:

“ABŞ-ın Rusiyaya yönələn yeni sanksiyalara start verəcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Düzdür, hələlik məlum olan bu sanksiyalar qüvvəyə minməyib. Amma ölkənin baş naziri başda olmaqla bütün siyasi istiblişmenti siyahıya salınıb. Putindən başqa, Rusiyanın bütün məmur təbəqəsinə, habelə ən varlı biznesmenlərə sanksiyaların tətbiq olunması əslində, prezidentlə onları üz-üzə qoymağa hesablanmış bir addımdır. Ona görə də bu sanksiyalara nəbz yoxlanışı kimi baxmaq olar. Belə vəziyyət münasibətlərin daha da kəskinləşməsinə və qütbləşməsinə gətirib çıxaracaq bir addım ola bilər. Hələliksə, siyahıda adı olanların hamısının ora düşəcəyi, yaxud düşməyəcəyi tam məlum deyil. Aydın məsələdir ki, sözügedən sanksiya iki dövlət arasında münasibətlərin çox kəskin olduğunun göstəricisidir. Bu mənada həmin prosesin dünya düzəninə də sözsüz ki, təsirləri olacaq, özü də mənfi müstəvidə… Qarşıdurmanın indilikdə Cənubi Qafqaza təsir edəcəyini isə düşünmürəm. Çünki Cənubi Qafqaz ölkələri bu məsələdə tərəf deyillər. Hətta Ermənistan belə tərəf sayılmır. Ermənistan həm Qərb, həm də Rusiya ilə oynayır. Azərbaycan da bu məsələdə tərəf deyil. İvanişvili komandasının Rusiyaya loyal münasibətini nəzərə alaraq, Gürcüstanı da tərəfkeş hesab etmək olmaz. Ona görə də sanksiyalar fonunda ziddiyyətlərin kəskinləşməsinin Cənubi Qafqaza elə də ciddi təsirləri olmayacaq. Lakin dünyanın digər məkanlarında bu ziddiyyətlərin ciddi fəsadları olacaq. Hər halda yaxın günlərdə prosesin necə cərəyan edəcəyini gözləmək daha yaxşı olardı. Sanksiyalar fonunda tərəflər bu istiqamətdə dialoqa gedərək, müəyyən kompromislərə gəlməsələr, növbəti mərhələdə prosesin Cənubi Qafqaza da öz təsirini göstərəcəyini görə bilərik. Rusiyalı məmurlara və sahibkarlara qoyulacaq sanksiyalar Qərbi Avropaya da təsir edəcək. Çünki sanksiyaları ABŞ tətbiq edir. Bu ölkənin isə Qərbi Avropaya mühüm təsir imkanları var. Əvvəlki illərin təcrübəsi də göstərir ki, ABŞ-ın qoyduğu sanksiyalara bir müddətdən sonra Avropa İttifaqı da partnyor olaraq qoşulur. Ona görə, ABŞ-ın ardınca Avropa İttifaqı ölkələrinin də analoji addım atacağını istisna etmək olmaz. Həmin qərarın nəticəsi olaraq Aİ-də də müəyyən situasiya yarana bilər. Belə ki, bu quruma daxil olan ölkələrin qazla təminatında hələ də Moskvanın böyük rolu vardır. Digər tərəfdən, Yaxın Şərqdə prosesin daha da qızışdırılması baş verə bilər. Hətta sözügedən qarşıdurmaya gələcəkdə Çin və İranın da qoşulması istisna deyil. Pekin hazırda özünü neytral göstərsə də, ciddi şəkildə dünya hegemonluğuna iddia edir. Beləliklə, görünən odur ki, ABŞ-la Rusiya kimi dünyanın nüvə silahına malik iki nəhəng dövlətin qarşı-qarşıya gəlməsi dünya düzənində ciddi metastaz verə bilər. Onların qarşı-qarşıya gəlməsindən uçqun altında qalanlar dünyanın kiçik dövlətləri olacaq”.

ELÇİN

www.yenicag.az

1098
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM