ABŞ-ın Orlando şəhərində 5 nəfəri öldürən şəxs keçmiş hərbçi olub.
Yenicag.az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə Oranc dairəsinin şerifi Cerri Deminqs bildirib.
“Şübhəli şəxsin adı Con Robert Nyumandır. 1972-ci il təvəllüdlü Nyuman ABŞ Silahlı Qüvəlləri Quru Qoşunlarının veteranı olub”, deyə C.Deminqs qeyd edib.
O, həmçinin ölənlərdən 3-ün adlarını açıqlayıb. Daha iki nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür.
Qeyd edək ki, bu gün ABŞ-ın Orlando şəhərində (Florida ştatı) “Flamma” şirkətinin ofisində 5 nəfər odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Daha sonra cinayətkar özünü öldürüb. Hadisənin terror aktı olmadığı, şəxsi münaqişə zəminində törədildiyi müəyyənləşib.