!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ın prosessor istehsalçılarından “Huawei”ə böyük zərbə

!Reklam – Yazi

Prosessor istehsalçıları olan Intel, Qualcomm, Xilinx və Broadcom şirkətləri “Huawei” şirkətinə satmağı dayandıracaqlar.

Yenicag.az xəbər verir ki, Google şirkəti “Huawei”ə göstərdiyi Android və Play Store dəstəyini artıq dayandırmağa başlayıb.

Android təmsilçiləri “Twitter”də bildiriblər ki, artıq satışa çıxmış “Huawei” smartfonlarının alıcıları bu məhdudlaşdırmaya şamil olunmayacaq.

ABŞ şirkətlərinin bu cür qərar qəbul etmələrinin səbəbi isə “Huawei” şirkətinin ABŞ-ın ticarət nazirliyi tərəfindən qara siyahıya salınmasındadır.

17 may tarixində “Huawei” şirkətinin hüquqşünasları bildirmişdilər ki, onlar ABŞ-ın ticarət nazirliyi tərəfindən təyin olunmuş sanksiyaları incələmək ilə məşğuldurlar.

Bloomberg-in məlumatına görə, “Huawei” şirkətinin ABŞ bazarı ilə işinin dayandırılması öz növbəsində ABŞ-ın prosessor istehsalı ilə məşğul olan şirkətlərin biznesinə və bütün dünya üzrə 5G şəbəkəsinin yayılmasına təsir göstərəcək.

Aşağıda təqdim olunmuş qrafikin sol hissəsində “Huawei” şirkətinə öz məhsullarını satan şirkətlər və bundan əldə olunan gəlirlər əks olunub. Qrafikin sağ hissəsində isə “Huawei”dən daha çox asılı olan şirkətlər və bu biznes çərçivəsində “Huawei” şirkətinin əldə etdiyi gəlirlər əks olunub.

 

www.yenicag.az

8576
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv