Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

ABŞ-ın "Qarabağ planı" Azərbaycan üçün Rusiyanınkından daha sərfəlidir - Vaşinqton görüşündən nə gözlənilir?

Reklam: High Technic

İyunun 21-i Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zohrab Mnasakanyanın Vaşinqtonda görüşü keçiriləcək.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da nazirlərlə görüşəcək.

Con Bolton bu barədə özünün “twitter” səhifəsində bunları yazıb:

“Bu həftə sonu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin arasında dialoqun davam etdirilməsini təşviq etmək məqsədi ilə keçirəcəyim görüşü səbirsizliklə gözləyirəm. ABŞ hər zaman regionda sülh prosesinin irəliləməsinə kömək etməyə hazırdır”.

Xairici işlər nazirlərinin görüşünün nəticəsi və Con Boltonun görüşlə bağlı yazdıqlarını politoloqlar Qabil HüseynliElxan Şahinoğlu Yenicag.az-a şərh edib

.

Qabil Hüseynli bildirib ki, ABŞ-ın strateji planlarında Cənubi Qafqazda möhkəmlənmək və postsovet məkanını öz əhatə dairəsinə daxil etmək də var:

“ABŞ Cənubi Qafqazın, xüsusən də burada lider dövlət olan Azərbaycanın əhəmiyyətini yaxşı başa düşür. ABŞ bilir ki, buradan Orta Asiya respublikalarına nəzarət etmək mümkündür. Mərkəzi Asiya respublikalarına nəzarət etmək isə, demək olar ki, Avrasiya materikinə hökmranlıq etmək deməkdir. Bu nöqteyi-nəzərdən ABŞ-ın strategiyası Cənubi Qafqaz vasitəsilə Xəzər dənizi yolu ilə Qazaxıstan, Türkmənistan, Özbəkistan kimi ölkələrə yerləşmək və beləliklə Rusiya ilə Çin arasında böyük bir dövlətlər sistemi qurmaqdır. Zənnimcə, məhz bu səbəbdən ABŞ Qarabağ probleminin həllində maraqlıdır. Doğrudur, bu həll bizim tam istədiyimiz şəkildə olmasa da, Rusiyanın təklif etdiyi variantlardan qat-qat yaxşıdır və bizim üçün daha sərfəlidir”.

Elxan Şahinoğlu isə görüşün nəticəsiz olacağını deyib. O, qeyd edib ki, 2000-ci ildə də ABŞ-da yüksək səviyyədə görüş olub, ancaq heç bir nəticəsi olmayıb:

“Con Bolton “tvit” yaza bilər. O yazaraq fəal olduğunu göstərməlidir. Ancaq düşünmürəm ki, görüşün nəticəsi olacaq. Ermənistan tamamilə Rusiyanın təsiri altındadır. Hətta ABŞ-da irəliləyiş olsa belə, Rusiya Ermənistana təzyiqlər vasitəsi ilə imkan verməyəcək ki, Vaşinqtonun təşəbbüsü ilə hər hansı bir şifahi razılaşma əldə olunsun. Ümumiyyətlə, ABŞ-ın fəallaşmasına müsbət yanaşıram. Çünki ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Con Bolton Ermənistana səfər edəndə də ermənilərə açıq şəkildə dedi ki, əgər siz sülh istəyirsinizsə, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmalısınız. Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması isə Dağlıq Qarabağ probleminin həllindən və Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən keçir”.

Səxavət Məmməd

www.yenicag.az

979
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM