!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ın “Quduz köpək” ləqəbli naziri: “Putin təxribat törədir”

!Reklam – Yazi
ABŞ-ın gələcək müdafiə naziri general Ceyms Matis Senatda vəzifəyə təsdiq edilməsi üçün keçirilən dinləmədə Vladimir Putinin dünya üçün böyük təhlükə törətdiyini bildirib.
Yeniçağ.az-ın məlumatına görə, Ceyms Matis ABŞ-ı Rusiya ilə ehtiyatlı olmağa çağırıb. Onun fikrincə, D.Tramp Rusiyaya çox da güvənməməlidir:
“Rusiya Şimali Atlantika Alyansını sındırmağa cəhd göstərir. Putin təxribat törədir. ABŞ özünü müdafiə etmək üçün addımlar atmalıdır. ABŞ heç vaxt Rusiyaya inanmamalıdır”, – deyə Ceyms Matis bildirib.
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp isə onun hakimiyyəti dövründə Rusiya ilə yaxşı münasibətlərin qurulacağını bildirmişdi.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Tramp “Twitter” hesabında müdafiə naziri vəzifəsinə ən real namizədin “Mad Dog”(quduz köpək) ləqəbli general Ceyms Matis (James Mattis) olduğunu bildirib.
Yeniçağ.az

www.yenicag.az

1098
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv