!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ın Rusiyadakı səfiri vəzifəsindən istefa verdi

!Reklam – Yazi

ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman prezident Donald Trampa istefa məktubu göndərib.

Yenicag.az xəbər verir ki, C.Hantsman oktyabrın 3-dən artıq bu postda çalışmayacaq.

“Amerika vətəndaşlığı bir imtiyazdır və hesab edirəm ki, bunun müqabilində ən başlıca məsuliyyət ölkəyə xidmətdir. Bu məqsədlə ikitərəfli münasibətlərdəki bu tarixi çətin dövrdə Amerika Birləşmiş Ştatlarının Rusiyadakı səfiri kimi mənə verdiyiniz etimaddan şərəf duyuram. Ümid edirəm ki, bu posta yeni bir varisin namizədliyinin irəli sürülməsi və təsdiqlənməsi üçün kifayət qədər vaxt olacaq. Xarici siyasət məqsədlərimizin lazımi diqqətdə saxlanılmasını təmin edən keçidin asanlaşdırılması üçün səylərimi əsirgəməyəcəm”, – deyə amerikalı diplomat məktubunda qeyd edib.

Hantsman payızda Yutaya qayıdaraq ştat qubernatorluğuna seçkilərdə namizəd kimi iştirak edəcək.

Qeyd edək ki, Con Hantsman 2017-ci ildə ABŞ-ın Rusiyaya səfiri təyin olunub. Daha öncə isə ABŞ-ın Çindəki səfiri postunda çalışıb./APA/

www.yenicag.az

986
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv