!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ın S-400 təhdidi: “Ağ Evin diqtə siyasəti artıq müttəfiqlərini də bezdirib” - Ekspert

!Reklam – Yazi

“Konkret olaraq, Azərbaycan hansı ölkədən hansı silahları alacağını özü müəyyənləşdirir”.

Şair Ramaldanov

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ Dövlət Departamentinin sözcüsü Hizer Noyertin Rusiyadan S-400 raket komplekslərini alacaq ölkələri sanksiya ilə hədələməsini şərh edən polkovnik Şair Ramaldanov deyib.

Polkovnikin sözlərinə görə, ABŞ-ın hətta öz müttəfiqlərini də müxtəlif sanksiyalarla təhdid etməsi yolverilməzdir:

“Bu məsələnin daha çox siyasi tərəflərinin olduğu nəzərə alınmalıdır və onu politoloqların dəyərləndirməsi daha doğru olardı. Bu səbəbdən, mən məsələ barəsində ümumi şəkildə danışmağı lazım bilirəm.

Ümumiyyətlə, Donald Trampın hakimiyyəti dönəmində ABŞ-ın dünya ölkələrinə qarşı, hətta öz müttəfiqlərinə münasibətdə aqressiyasının artdığı açıq görünür. O baxımdan, deyə bilərik ki, Ağ Evin diqtə siyasəti artıq müttəfiqlərini də bezdirib.

Almaniyanın kansleri Angela Merkelin bu barədə fikirləri də göstərir ki, müttəfiqləri Trampın diqtəsini qəbul etmirlər və öz maraqlarını qorumağa çalışırlar.

Tramp tələb edir ki, heç bir ölkə Rusiyadan silah-sursat, xüsusilə də S-400 raket komplekslərini almasın. Bu təhdidin ilkin hədəfi Türkiyədir. Ancaq qardaş ölkə rəhbərliyi bu məsələdə qətiyyətlə davranaraq, qərarını dəyişməyəcəyini bildirib.

Ümumiyyətlə, hansısa ölkənin istehsal etdiyi silahları almaq istənilən ölkənin müstəsna hüququdur və nə ABŞ, nə də başqaları buna qarışmamalıdır. O məntiqlə Rusiya da ABŞ-dan silah alan ölkələri təhdid etməlidir? Belə olmaz.

Konkret olaraq Azərbaycana gəldikdə isə, ölkəmiz hansı ölkədən hansı silahları alacağını özü müəyyənləşdirir. Buna başqa bir dövlətin müdaxilə etmək hüququ yoxdur”.

A.Zeynalov

www.yenicag.az

4575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv