!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ın seçki sistemi: nələri islah etməli? – Azay Quliyevin ŞƏRHİ

!Reklam – Yazi

ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev Amerikada keçirilmiş prezident seçkilərinin nəticələrini şərh edib. Azay Quliyev Donald Trampın president seçildiyi semkini aşağıdakı kimi dəyərləndirib:

1) ABŞ dövləti vətəndaşların hamısına səs vermə zəmanəti verməlidir. 8 noyabr seçkilərində seçicilərin böyük bir hissəsi səs vermə hüququndan istifadə edə bilmədi. Belə ki, cəza çəkmə müəssisələrində olanlarla yanaşı həbsxanadan çıxmış və ya məhkəməsi davam edən 6 milyon ABŞ vətəndaşı səs vermə imkanından məhrum oldular.

2) ABŞ seçici siyahısına olan tələbləri yenidən işləməli və bütün seçicilərin siyahıya alınmasını təmin etməlidir. Bu ilki seçki göstərdi ki, ABŞ –ın seçici siyahısında olan çatışmazlıqlar ATƏT-ə üzv olan ölkələrin hamısından pis vəziyyətdədir. Təsəvvür edin ki, notabrın 8-də 35 milyon səsvermə hüququ olan vətəndaş öz adını seçici siyahısında tapa bilmədi. Sadəcə ona görə ki, ABŞ seçki administrasiyası onların adını siyahıya salmamışdır. Bu fakt seçkilərin legitimliyinin zədələnməsinə əsas verə bilər.

3) ABŞ-ın bəzi əraziləri Konqresdə təmsilçilik hüququndan məhrumdur. Məsələn, ABŞ ərazisində 4 milyondan çox vətəndaş, o cümlədən Kolumbiya rayonunun 600 min vətəndaşı nümayəndələr palatasında təmsil oluna bilmirlər. ABŞ-ın seçki sistemindəki olan boşluqlar bu vətəndaşlara nümayəndələr palatasında təmsil olunmağa imkan vermir.

4) ABŞ-ın ən azı 15 ştatında yeni səsvermə texnologiyası ciddi suallar doğurur. Belə ki, elekton səs vermə zamanı seçicilər səslərinin qeydə alınmasına tam əmin deyillər, çünki köhnə “səs vermə cihazı” seçicinin qeydə alınması haqqında hər hansı bir məlumat təqdim etmir və bu da öz növbəsndə hər hansı bir mübahisə zəminində seçki komissiyasına səsləri təkrar saymaq imkanı vermir. Beləliklə, milyonlarla seçicilərin səs verməsində müəyyən şübhələr meydana gəlir.

5) ABŞ-da seçki sisteminin həddən artıq qeyri-mərkəzləşdirilmiş olması ölkə üzrə vahid seçki standartlarının tətbiq edilməsinə imkan vermir. Bu isə operativ seçki idarəçiliyinə viddi maneələr yaradır və bir sıra qanun pozuntularına yol açır. Ona görə də ABŞ seçki qanunvericiliyində müvafiq dəyişikliklər edilməli və vahid standartalar Federal səviyyədə tətbiq olunmalıdır.

6) ABŞ-ın beynəlxalq seçki müşahidə missiyasına tam şərait yaratmaması və onların fəaliyyətini dəstəkləməməsi ölkənin götürdüyü öhdəlikləri pozmuş olur. Təəssüflə qeyd olunmalıdır ki, ABŞ-ın seçki administrasiyası ATƏT-n beynəlxalq seçki müşahidə qaydalarının ziddinə olaraq beynəlxalq müşahidəçiləri nə erkən səs vermə zamanı, nə də seçki günü səsvermənin gedişini izləməyə imkan vermədi.

Düşünürəm ki, ATƏT-in yaradıcılarından olan və beynəlxalq seçki müşahidə missiyasını bütün dünyada təşviq edən ABŞ-ın aidiyyatı qurumları və rəsmləri üçün bu qərarı əsaslandırmaq o qədər də asan olmayacaq.

www.yenicag.az

670
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv