!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ın Türkiyə səfiri XİN-ə çağırıldı

!Reklam – Yazi

Türkiyənin XİN, prezident Rəcəb Tayyip Ərdoğanın cangüdənləri barədə verilən saxlanılma qərarına görə ABŞ səfiri Bassı nazirliyə çağırıb.

Yenicag.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfiri Con Bassa qərarın qəbulolunmaz olduğu çatdırılıb. Nazirlikdən verilən yazılı açıqlamada qeyd olunur:

“Vaşinqtondakı səfirliyimizin qarşısında 16 may tarixində baş verən hadisəyə görə vətəndaşlarımız və prezidentin bəzi cangüdənləri barədə saxlanılma qərarı verilmişdir. Bu səbəblə, ABŞ-ın Ankaradakı səfiri nazirliyimizə dəvət olunmuşdur.”

Həmçinin açıqlamada qərarın qərəzli olduğu da ifadə olunub:

“ABŞ tərəfindən verilən bu qərarın yanlış, tərəfli və hüquqi əsasa dayanmadığı, Vaşinqtonun lazımi təhlükəsizlik tədbirlərini yerinə yetirmədiyi və buna görə də belə bir problemin yarandığı, eyni zamanda baş verən hadisədə heç bir vətəndaşımızın təqsirkar olmadığı ABŞ səfirinə çatdırılmışdır.”

Yenicag.Az

www.yenicag.az

881
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv