Türkiyə ABŞ-a nota verdi – Vaşinqtondakı insidentə görə

ABŞ-a rəsmi səfəri zamanı Rəcəb Tayyip Ərdoğanın cangüdənlərinə qarşı kobud münasibət Türkiyədə etiraza səbəb olub.

Yeniçağ.Az xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfiri Con Bass Xarici İşlər Nazirliyinə çağırılaraq etiraz notası verilib. Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir:

“Prezidentimizin keçən həftə Vaşinqtona etdiyi rəsmi səfəri zamanı səfirlik qarşısında ABŞ təhlükəsizlik qüvvələrinin cənab prezidentin cangüdən qrupuna qarşı yol verdiyi diplomatik qaydaları pozan hərəkətlər profesionallığa ziddir. Bu gün bu davranışlar nazirliyimizə çağırılan ABŞ səfirinə şifahi və yazılı şəkildə çatdırılıb, ABŞ-ın müvafiq orqanlarının bu hadisəni araşdırması və lazımi açıqlamanın bizə verilməsi rəsmən tələb edilib.”

Açıqlamanın davamında isə bu sözlər qeyd edilib: “ABŞ səfiri ilə görüş zamanı, cənab prezidentin vaşinqton səfəri zamanı üzləşilən təhlükəsizlik problemləri və müvafiq orqanların lazımlı tədbirləri almamasından qaynaqlanan amillər hər cəhətdən uğurlu keçən görüşə kölgə salmayacaqdır.”

Yenicag.az