ABŞ-ın Suriyanı tamamilə bölüb, ölkənin şimal hissəni PKK terrorçularına verdiyi xəritə ortaya çıxıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqon, bu xəritəylə Fərat Qalxanı ilə terrorçulardan azad edilən Suriya ərazisinə də göz dikdiyini elan edib.
27-28-iyulda keçirilən toplantıda qurulan plana əsasən, ölkənin şimal əraziləri bütünlüklə terrorçuların əlinə keçməliydi.
Fərat Qalxanının keçirildiyi bölgəyə qərbdə Afrindən, şərqdə isə Eyn el-Arabdan hücum hazırlığında olan PKK-nin ilk hədəfi türk ordusu və suriyalı müxaliflər olub.