“Amerikalılar Venesuela ilə yaxından maraqlanırlar. Çünki dünyanın ən böyük neft ehtiyatlarından biri bu ölkədədir”
Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bunu Braziliyanın keçmiş prezidenti Dilma Rousseff bildirib. Onun sözlərinə görə, rəsmi Vaşinqtonun bu marağı çoxdan var:
“Çünki Latın Amerikada, dünyanın bu hissəsində və hətta qlobal neft istehsalı kontekstində Venesuela dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələrdən biridir. Venesuela kifayət qədər zəngin ölkədir. Onun bərəkətli torpağı var”.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp açıqlama verərək Venesuela hökuməti kursunu dəyişmədikcə ona təzyiq göstərməyə davam edəcəyini bildirib. Rusiya Xarici İşlər Nazirliyi isə öz növbəsində Latın Amerikası ölkəsinin işlərinə istənilən destruktiv müdaxilənin yolverilməz olduğunu vurğulayıb və Venesuela böhranın bütün maraqlı tərəflərin dialoqu yolu ilə həll edilməsinə çağırıb.