Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“ABŞ-ın Xəzərdə hərbi baza yaratmaq niyyəti olmayıb” - Politoloq

Reklam: High Technic

“Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması heç də ABŞ-ın bölgəyə yolunun bağlanması anlamına gəlmir”.

 

Bu sözləri Yenicag.az-a açıqlamasında 5 Xəzəryanı ölkə arasında ötən bazar günü Aktauda imzalanmış Konvensiyada kənar dövlətlərin hərbi bazalarının sözügedən su hövzəsində yerləşdirilməsinə qoyulan qadağa fonunda ABŞ-ın bölgədə hərbi iştirakının perspektivinə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ-ın Xəzər dənizində hərbi baza yaratmaq niyyəti olmayıb:
“Xəzərin hüquqi statusu ilə bağlı 5 sahilyanı ölkə arasında bağlanan Konvensiyanın ABŞ-ın bölgədəki maraqları ilə tərs-mütənasib olduğunu düşünmürəm.

Onsuz da Vaşinqtonun Xəzər dənizində hərbi baza yaratmaqla bağlı hər hansı fikri olmayıb. İmzalanan Konvensiya fonunda Vaşinqtondan hər hansı bir narahatlıq ifadə edən açıqlamaların şahidi olmadıq.

Doğrudur, imzalanan Konvensiyada Rusiya ilə İranın təkidi ilə Xəzərdə kənar dövlətlərin hərbi bazasının yaradılmayacağı barədə müddəa yer alıb.

Amma dediyim kimi, belə bir məsələ Vaşinqtonun gündəmində heç vaxt olmayıb. Ancaq bu da həqiqətdir ki, ABŞ Xəzəryanı ölkələrdən Azərbaycan və Qazaxıstanla sıx əməkdaşlıq edir.

Sadəcə, Azərbaycan və Qazaxıstanla ABŞ-ın əməkdaşlığı fonunda hərbi bazaların daxildə, quru ərazisində yaradılması məsələsi gündəmdə olub və düşünürəm ki, bu mövzu gündəmdə qalmaqdadır. Hazırda ABŞ Qazaxıstan və Azərbaycanla sıx əməkdaşlığını davam etdirir”.

ELÇİN

www.yenicag.az

2258
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM