ABŞ-ın Yaponiyadakı hərbi bazasında partlayış baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Okinava adasında Yaponiya Müdafiə Nazirliyi nümayəndələrinin istifadə etdikləri bina yaxınlığında “Camp Foster” hərbi bazasında qeydə alınıb.
Bildirilir ki, naməlum şəxslər baza hasarının bir hissəsini dağıdaraq, obyekt ərazisinə daxil olublar və orada qaz balonunu partladıblar.
Heç kim xəsarət almayıb.
Qeyd edək ki, Okinavada ABŞ obyektlərinin 70% sahəsi yerləşir. Yerli hakimiyyət və ictimaiyyət nümayəndələri hərbi obyektlərinin sayının azaltması üçün çıxış edirlər.