ABŞ-ın yeni prezidenti Trumpdan zəfər çıxışı

5822d74218c7731540e65826Yenicag.az xəbər verir ki, ABŞ-ın yeni prezidenti Trump ilk çıxışını edib.

Öncə onun köməkçisi Mike Pence çıxıb, daha sonra Donaldı dəvət edib.

Trumpı dəstəkləyənlər onu böyük coşqu ilə qarşılayıblar.

Yeni prezident çıxışına bu sözlərlə başlayıb:

– Hər kəsə çox təşəkkür edirəm. Hörmətli Klinton mənə telefonla zən etdi. Bizi və hamımızı təbrik etdi. Mən də onu və ailəsini təbrik etdim. Çox güclü bir mübarizə oldu. O da öz növbəsində çətin bir mübarizə verdi.

– Hillari uzun illər ölkəmiz üçün çalışdı, bunun üçün özünə təşəkkür edirəm! Artıq bir araya gəlmə zamanıdır. Respublikaçılar Demokratlar hamımızın bir araya gəlmə, birləşmə zamanıdır. Bütün amerikalıların başçısı olacam. Bu mənim üçün çox əhəmiyyətlidir. Məni dəstəkləməyənlərə isə, sizlərin köməyinə gələcəm hər zaman.

– Bizim apardığımız əslində bir kampaniya deyil. Ölkəsini sevən daha yaxşı bir gələcək istəyən insanlardan ibarət olan bir hərəkətdir bu.

– Mən bütün iş həyatımda bu ölkənin potensialını artrımaq üçün çalışdım. İndi də bunun üçün çalışacağam. Bu günə qədər unudulan vətəndaşların heç biri artıq unudulmayacaq. Yollarımızı, körpülərimizi xəstəxanalarımızı möhkəmləndirməliyik.