Nəhəng iqtisadiyyatlar inflyasiya ilə mübarizəni davam etdirir.
Yenicag.az xəbər verir ki, inflyasiya ilə mübarizədə faiz dərəcələrindən istifadə edən ABŞ iqtisadiyyatında tənəzzül riskləri yaranmağa başlayıb.
ABŞ-nin aparıcı banklarından olan “Goldman Sachs” iqtisadiyyatın gələn il resessiyaya girmə ehtimalının daha yüksək olduğunu açıqlayıb. Ciddi portfelə malik Danimarkanın “Danske bank”ı isə avronun 1 dollardan aşağı düşə biləcəyini bildirib.
ABŞ Federal Ehtiyat Sistemi (FED) bazarda dollar təklifinin azalması, investisiyaların depozitlərə qaytarılması, iqtisadiyyatı qismən yavaşladaraq inflyasiyanın azalması kimi addımlar atmaqla qlobal miqyasda bahalaşan əmtəə və ərzaq qiymətlərinin daha da artmasının qarşısını almağa çalışır.
Qlobal iqtisadiyyatlarda inflyasiya probleminin davam etməsi fonunda FED inflyasiya ilə mübarizə üçün addımlar atsa da, qısa müddətdə müsbət əlamətlər görünmür.
Gülşən Şərif