ABŞ İrana döyüş təyyarələri göndərir

İranın Səudiyyə Ərəbistanına hücuma hazırlaşdığı haqqında yayılan xəbərlərdən sonra ABŞ-nin İrana döyüş təyyarələri göndərdiyi bildirilir.

Yenicag.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığına İranın ballistik raketləri və PUA-larının Səudiyyə Ərəbistanındakı hədəflərə gözlənilməz hücumları barədə xəbərdarlıq edilib. ABŞ-nin hərbi hava qüvvələrini artırmaq üçün İran körfəzində yerləşən təyyarələrin İrana doğru buraxılması qərara alınıb.

Təyyarələrin göndərilməsi ABŞ və Səudiyyə Ərəbistanı arasındakı tərəfdaşlığın güclü göstəricisi kimi qəbul olunur./Oxu.az/