ABŞ hökuməti sanksiyalara baxmayaraq, İran neftini idxal etmələri üçün səkkiz ölkəyə güzəştə getməyə hazırdır.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, güzəştlər edilən ölkələrin adlarını açıqlanmasa da, onların arasında Yaponiya, Hindistan və Cənubi Koreyanın olduğu məlumdur.
Bu ölkələr güzəştlərə cavab olaraq qiymət artımına səbəb yaratmamaq üçün neft idxalını azaltmalıdır.
Qeyd edək ki, noyabrın 1-də ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla bağlı ciddi güzəştlərə getməyə hazır olduğu barədə məlumat yaymışdı. Güzəştlər Tehrana Vaşinqtonun əsas iqtisadi sanksiyalarından yayınmağa imkan verəcək.