ABŞ İran əleyhinə beynəlxalq koalisiya yaratmağa hazırlaşır.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli Vaşinqtonda keçirdiyi mətbuat konfransında açıqlama verib:
“İrana qarşı və onların etdiklərinin qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”.
N.Xeyli növbəti dəfə İranı bu ölkəyə raket istehsalını qadağa edən BMT TŞ-in qətnamələrini pozmaqda, terrorizmi dəstəkləməkdə və bölgədə “aqressiv davranış” nümayiş etdirməkdə ittiham edib.