ABŞ İrana qarşı sanksiyaları genişləndirib

Bu barədə ABŞ Maliyyə nazirliyindən bildirilib.

Yeniçağ.Az xarici mətbuata istinadən xəbər verir ki, sanksiya İran, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Küveyt və Livan vətəndaşı olan 13 fiziki şəxsə, habelə bu ölkələrdə yerləşən 12 şirkətə qarşı tətbiq edilib.

Məlumata görə, sanksiyaların tətbiqi İranın ballistik raket proqramı və “Hizbullah” qruplaşmasının dəstəkləməsi ilə bağlıdır.

Xatırladaq ki, yanvarın 29-da İran ortamənzilli ballistik raketinin sınaqlarını keçirib.

Yeniçağ.Az