ABŞ İranla bağlı sanksiya siyahısını genişləndirib.
Yenicag.az xəbər verir ki, siyahıya İran, Hindistan, Livan və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olan 9 fiziki şəxs daxil edilib.
Həmçinin Hindistanın “Vaniya Ship Management Private Ltd”, “Bushra Ship Management Private Ltd”, BƏƏ-nin “14 Star Ship Management L.L.C.” şirkətləri daxil olmaqla nəqliyyat və enerji sektorlarına aid 16 şirkət, habelə adıçəkilən şirkətlərlə və İranla bağlı 6 tanker gəmisi sanksiya siyahısına daxil edilib./Report/