!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ İrandan ancaq bir şey istəyir - Tramp açıqladı

!Reklam – Yazi

ABŞ prezidenti Donald Tramp İranla yeni nüvə sazişi üzrə mövqeyini izah edib.

Yenicag.az xəbər verir ki, NBC telekanalına müsahibə verən Amerika liderinin sözlərinə görə, İranla yeni nüvə razılaşması Vaşinqton və Tehran arasında ayrı bağlana, yaxud da çoxtərəfli ola bilər.

“Onsuz da hər şey bir nəticəyə gətirib çıxaracaq: onlarda nüvə silahları olmamalıdır”, – Tramp bildirib.

Həmçinin Tramp hesab edir ki, İran Amerikanın pilotsuz təyyarəsini vurmaqla Vaşiqntona danışıqlara başlamaq arzusu haqqında siqnal göndərib.

“Düşünürəm ki, onlar danışmaq istəyirlər. Mən düşünürəm ki, onlar razılaşmaq istəyirlər. Və mənim sazişim odur ki, onlarda nüvə silahları olmamalıdır”, – ABŞ prezidenti qeyd edib.

Tramp söyləyib ki, ABŞ ilkin şərtlərsiz İranla danışıqlara hazırdır./xezerxeber.az/

www.yenicag.az

14011
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv