ABŞ İranı bəhanə edib, Cənubi İraqdan çıxır – “Nyu York Times” Bəsrə gizlinlərini yazır 

Bu ayın əvvəlində  İranın İraqın Bəsrə şəhərində yerləşən Konsulluğu ətrafında baş verən iğtişaşlarla bağlı “Nyu York Times” qəzeti  geniş məqalə yazıb. Edvard Vong tərəfindən hazırlanan məqalədə hadisənin incə nüanslarına toxunulub. Yenicag.az həmin məqaləni təqdim edir:

Son həftələr ərzində İran hökuməti tərəfindən dəstəklənən silahlı birləşmələr tərəfindən artan hücumlar ucbatından sentyabrın 28-də Amerika Birləşmiş Ştatları Dövlət Departamenti İraqın Bəsrə şəhərində yerləşən Konsulluğunun köçürülməsi barədə göstəriş verib. 

Birləşmiş Ştatların Dövlət Katibi Maik Pompeo yazılı bəyənat verərək bildirib ki, Amerikanın Bəsrədəki Konsulluğu “həmin silahlı birləşmələr tərəfindən birbaşa fasiləsiz atəşlərə məruz qalr”.

“İran başa düşməlidir ki, Birləşmiş Ştatlar hər hansı belə hücumlara layiqli cavab verəcək,” deyə cənab Pompeo bəyanatda bildirib. 

Maik Pompeo ölkəsinin adıçəkilən Kosulluğunun təhlükəsizliyinə təhdid olunmasında İranın nüfuzlu İslam Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrini və güclü komandir Qassem Suleymaninin nəzarətində olan Qüds Qüvvələrini günahlandırıb. 

Dövlət Departamenti adıçəkilən Konsulluq əməkdaşlarının köçürülməsini “müvəqqəti yerdəyişmə” adlandırıb. Birləşmiş Ştatların Bəsrədəki Baş Konsulu Tim Davis Konsulluq əməkdaşları qarşısında çıxışı zamanı çəkdirdiyi şəkli özünün Facebook hesabına qoyaraq yazıb ki, “Konsulluq əməkdaşları fəaliyyətləri dövründə qəlbən səy göstəriblər və mən onlara deməliydim  ki, bu günki vəziyyətlə qarşılaşa bilərdik. Onlara rəhbərlik etmək mənim üçün böyük şərəfdir.”

1000-dən artıq əməkdaşı olan adıçəkilən Konsulluğun əməkdaşlarının əksəriyyəti təhlühəkəsizlik, ərzaq təminatı xidməti və digər yardımçı sahələrdə fəaliyyət göstərən podratçılar, az hissəsi isə diplomatlardır. 

Dövlət Departamentinin yuxarıda göstərilən bəyənatı Amerikanın Bəsrədəki Konsulluğunun daimi bağlanacağı barədə heç bir ifadə işlətmir və Dövlət Departamentinin mətbuata məsul olan şəxsləri bu barədə ətraflı məlumat verməkdən yayınırlar.  

2011 ildə İraqın ikinci ən böyük şəhəri Bəsrədə acılan Amerika Konsulluğu Birləşmiş Ştatlarının bu ölkədəki sayca üçüncü diplomatik idarəsidir. Konsulluğun köçürülməsi barədə qərar bir neçə separat olayın baş verməsi səbəbi ilə əlaqələndirilir. 

Birincisi, Tramp administrasiyası İranın regionda hərbi aktivliyini nəzərə alaraq, yeni əməliyyat planını nəzərdən keçirir. 

İkincisi, bu ilin avqust və sentyabr aylarında Bəsrədə yerli sakinlər tərəfindən keçirilən etiraz aksiyaları İran Konsulluğunun yandırılmasına  və bir sıra iraqlı siyasətçinin anlaşılmaz bəyanatlarına qarşı Amerika rəsmiləri bu addımı atıblar.

Üçüncüsü və daha çox ehtimal olunan ən mühüm məqam odur ki, Dövlət Departamentində maliyyə vəsaitlərini qoruyub saxlamaq məqsədilə Bəsrədəki Konsulluğu bağlamaq üçün bir ildən artıqdır ki, diplomatlar arasında müzakirələr gedir. 

Bəsrə İraqın uzaq cənubunda Fars Körfəzinə yaxın ərazidə yerləşən zəngin neft yataqlarına malik olan regiondur. Bəsrənin əksər əhalisi şiə ərəbləridir və şiə siyasi partiyalar burada hökmranlıq edirlər. Bu partiyaların bəziləri o cümlədən hərbi birləşmələr şiə olduqları üçün İran tərəfindən dəstəklənir.

 

Ancaq İranın buraya təsiri birmənalı qarşılanmır. Bu ay çoxsaylı etirazçılar İranın Bəsrəyə təsirini tənqid edib və sentyabrın 7-də İran Konsulluğuna hücum edərək oranı yandırıblar. Həmin məqamda İraq təhlükəsizlik qüvvələri ilə birbaşa toqquşmada bəzi etirazçılar öldürülüb və yaralanıb. 

Qeyd edək ki, Birləşmiş Ştatların Bəsrədəki Konsulluğu Bəsrə aeroportunun ərazisi daxilindədir, şəhər mərkəzindən və etiraz meydanlarından uzaqdadır. “Röyters” (Reuters) İnformasiya Agentliyinin verdiyi məlumata görə,  sentyabrın 8-də aeroport ərazisinə üç raket düşüb, lakin heç kimə bir şey olmayıb. Dörd gün sonra Ağ Ev İran tərəfindən dəstəklənən silahlı birləşmələri bu hücumda günahandırdı. Bu hücum və buna oxşar bu həftəki digər belə zərbələr İraq müharibəsinin yüksəlişi dövründə Birləşmiş Ştatların Bağdaddakı Səfirliyi boyunca Yaşıl Zonada dəfələrlə baş verib. Ancaq o zaman Amerika rəsmiləri Səfirliyin köçürülməsi barədə göstəriş verməyiblər.

Tramp administrasiyası İranın Yaxın Şərqdə hərbi aktivliyini nəzərə alaraq özünün vacib addımlarını hesablayır. Bu İrana dair Birləşmiş Ştatlar administrasiyasının əməliyyatını və Prezident Trampın bu ilin may ayında Obama administrasiyası və dünyanın aparıcı dövlətlərinin 2015 ildə İran ilə imzaladığı nüvə razılaşmasından çıxmağı ilə əsaslandırır. 

Avropa Birliyi, Çin və Rusiya İranla imzalanan nüvə razılaşmasına sadiq qaldıqlarını bildirir və bəyan edirlər ki, onlar Birləşmiş Ştatlar tərəfindən İrana qarşı qoyulan iqtisadi sanksiyanı aradan qaldırmaq üçün İranla əməkdaşlıq edəcəklər. 

Başqa bir məsələ odur ki, Dövlət Departamentinin üç keçmiş rəsmisinə görə, yüksək mənsublu Dövlət Departamenti rəsmiləri bir ildən artıqdır ki, maliyyə ehtiyatlarının qoruyub saxlanılmasını əsas gətirərək Amerikanın Bəsrədəki Konsulluğunun bağlanması barədə müzakirə aparırlar. Adıçəkilən Konsulluğu saxlamaq üçün hər il ən azı $ 200 milyon tələb olunur; bəzi artıq xərclər isə həmin rəqəmi $ 350 milyona qaldırır. 

Bu ilin mart ayında öz vəzifəsini tərk etməmişdən əvvəl Birləşmiş Ştatların Dövlət Katibi Rex W. Tillerson Dövlət Departamentinin bir sıra komitələrində büdcənin azaldılması tələbi ilə çıxış edib. Keçmiş rəsmilərin bildirdiyinə görə, nəticədə Yaxın Şərq İşləri üzrə Komitənin yüksək mənsublu rəsmiəri Amerikanın Bəsrədəki Konsulluğunun bağlanması barədə məsələyə baxmağa başlayıblar. 

Adıçəkilən konsulluq təhlükəsizlik prosesini izlənilməsi məqsədilə diqqətdə saxlanılıb. Yəni, hər il rəsmilər təhlükəsizlik amilini qiymətləndirərək Amerikanın Bəsrədəki Konsulluğunun fəaliyyətinə təhlükə olub-olmadığı barədə qərar verilməsi üzərində düşünməlidirlər. 

Cümə günü gecə saatlarında Dövlət Departamentindəki mənbə bildirib ki, Dövlət Departamentini bu mövzu barədə gedən müzakirələrə dair şərh vermir. 

Bu ilin baharında Vaşinqtonda az saylı rəsmilər qrupu həmin Yaxın Şərq İşləri üzrə Büronun saxlanılması barədə səsvermə apardılar və nəticədə çətinliklə üzləşdilər. Bu ilin iyun ayında dövlət katibinin müavini John J. Sullivan qərara gəldi ki, Amerikanın Bəsrədəki Konsulluğu bir il müddətinə fəaliyyət göstərsin. 

Dövlət Departamentinin keçmiş rəsmisi Əndryu Miller bildirib ki, indiki Bəsrə iğtişaşından əvvəl Amerikanın Bəsrədəki missiyasının təhlükəsizlik təminatının təmin edilməsi məsələsinə baxılmasa da,  büdcə məsələlərinə dair müzakirələr keçirilib.  

Dövlət Departamentinin Yaxın Şərq İşləri üzrə Büronun rəhbəri David M. Satterfield və Birləşmiş Ştatların İraqdakı keçmiş Səfiri Stuart E. Jones Amerikanın Bəsrədəki Konsulluğunun bağlanmasına dəstək verən diplomatlardır. Kiçik Tomas A. Şənon və Deivis Bəsrədəki Amerika Konsulluğunun saxlanılması uğrunda mübahisə aparan diplomatlardır. 

“Dəqiq informasiyanın əldə olunması nöqteyi-nəzərindən, Birləşmiş Ştatların Bəsrədəki Konsulluğunun bağlanması Amerikanın maraqlarına və Bəsrədəki ictimaiyyət ilə əlaqələrin saxlanılmasına zərər verəcək,” deyə Dövlət Departamentinin Orta Şərq üzrə Demokratiya Layihəsinin direktor müavini Əndryü Miller bildirib. 

COP29