!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ İraqdan hərbçilərini çıxarır?

!Reklam – Yazi

ABŞ prezidentinin İraq üzrə müşaviri Joey Hood İraqın paytaxtı Bağdadda keçirdiyi mətbuat konfransında mərkəzi hökumətin tələbi ilə bu ölkədəki hərbi qüvvələri geri çağıra biləcəklərini qeyd edib.

“İraq hökuməti tələb edərsə ABŞ hərbçiləri, beynəlxalq koalisiya və NATO qüvvələri ölkədən çıxarılacaqlar”, deyə Joey Hood bildirib.

Yenicag.az teleqraf.com-a istinadən bildirir ki, Hood İraqda hər hansı hərbi bazalarının olmadığını deyib. Əlavə edib ki, 5200 ABŞ əsgəri mərkəzi ordu ilə birgə hərəkət edir: “İraq ordusu kənar hərbi məsləhətçilər olmadan təhlükəsizliyi təmin etmək gücündə deyil

Daha öncə ABŞ Prezidenti Donald Tramp İranı təqib etmək üçün İraqdakı hərbi mövcudluqlarını qoruyacaqlarını açıqlayıb. ABŞ prezidenti İraqda hərbi bazalarının olduğunu deyib. Amma sonra ABŞ və İraq rəsmiləri bu məlumatı təkzib ediblər.

2003-cü ildə İraqın işğalı prosesində ABŞ-ın 165 min hərbçisi iştirak edib. 2011-ci ildə Barak Obamanın təlimatı ilə ordu geri çağırılıb.

İŞİD-ə qarşı mübarizə aparmaq üçün 2014-cü ilin oktyabrında İraqın baş naziri Nuri əl-Malikinin çağırışı ilə ABŞ yenidən bu ölkəyə əsgər göndərib.

www.yenicag.az

1136
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv