ABŞ İŞİD-i bu silahla vurdu – İlk dəfə

2

ABŞ hərbçiləri Suriyada İŞİD terror qruplaşmasına qarşı ilk dəfə olaraq HİMARS reaktiv yaylım atəş sistemini tətbiq edib

Axar.az xəbər verir ki, bu barədə İŞİD-ə qarşı koalisiyanın amerikalı həmsədri Brett Makqurk özünün Tvitter hesabında yazıb.

Amerikalı hərbçi bildirib ki, sözügedən silah bir neçə ay əvvəl Türkiyə ilə Suriya sərhədinə yerləşdirilib:

“ABŞ bir neçə ay əvvəl Türkiyə-Suriya sərhədinə yerləşdirilən HİMARS sistemləri ilə İŞİD mövqelərinə zərbələr endirib”.