!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ İŞİD liderinin arvadını kürdlərə təhvil verdi

!Reklam – Yazi

38342ABŞ keçirdiyi əməliyyat zamanı öldürdüyü İŞİD liderlərindən biri Əbu Səyyafın arvadını İraq kürdlərinə verib.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, 15 mayda amerikalı hərbi qulluqçular tərəfindən həbs olunmuş Umm Sayaf təxəllüslü Nəşrin Əsəd İbrahim Bağdada verilib. Pentaqonun açıqlamasında deyilir.

Umm Səyyaf hal-hazırda İraq Kürdüstanında saxlanılır. ABŞ tərəfi təhlükəsizliyi baxımından bu addıma “hüquqi əsas”ının olduğunu deyib.

May ayının ortasında ABŞ xüsusi təyinatlıları tərəfində zərərsizləşdirilən Əbu Səyyaf İŞİD-in önəmli fiqurlarından biri sayılırdı. O, ələ keçirilən torpaqlarda neft daşınmalarının maliyyə məsələləri ilə məşğul olurdu.

Əbu Səyyafı diri ələ keçirmək planlaşdırılsa da, o, müqavimət göstərərək ölmüşdü. Amerikalılar onu ələ keçirə bilməsə də, arvadını əsir tutmuşdular.

Pentaqon rəhbəri Eşton Karter Umm Sayafı İŞİD üzvü olmaqda və terror fəaliyyəti aparmaqda ittiham edib.

www.yenicag.az

624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv