ABŞ “Gerald Ford” təyyarədaşıyan gəmisini və bir neçə reaktiv qırıcı eskadrilyasını İsrail sahillərinə göndərir.
Yenicag.az-ın məlumatına görə, bu, İsrailə dəstəyin nümayişidir.
Bildirilir ki, gəmidəki zərbə qruplarına təxminən beş min hərbçi daxildir.
Həmçinin, burada məqsəd İranın “regiondakı qeyri-müəyyənlikdən istifadə etməsinin” qarşısını almaqdır./Oxu.az/