ABŞ İsrailə hərbi yarıdmı nəzərdən keçirir.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin bildirib.
“Biz hazırda Rəfahda baş verən hadisələr kontekstində bəzi qısamüddətli hərbi yardım tədarüklərini nəzərdən keçiririk” deyə o bildirib.
Onun sözlərinə görə, İsrail şəhərdəki mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görmədən “Rəfəhdə hər hansı böyük hücuma” başlamamalıdır.