ABŞ İsraili işğala son qoymağa çağırdı

img1773681İsrail başqa bir xalq üzərində silah gücünə hökmranlıq edə bilməz. Yenicag.az musavat-a  istinadən xəbər verir ki, bu barədə Ağ Ev administrasiyasının rəhbəri Denis Makdonou Vaşinqtondakı konfrans zamanı bildirib.

Məlumatda bildirildiyinə görə, Ağ Ev rəsmisi bəyan edib ki, “Birləşmiş Ştatlar Fələstin dövlətinin qurulması yönündə səylərini heç vaxt dayandırmayacaq” və əlavə edib ki, sülh anlaşması İsraili daha güclü edə bilər.

Prezident Barak Obamanın müşaviri onu da qeyd edib ki, Vaşinqton sülh danışıqlarının bərpası üçün böyük səylər göstərib və ona görə də İsrail baş naziri Benyamin Netanyahunun az öncəki açıqlamasından “belə güclü şəkildə həyəcanlanıb”.

Xatırladaq ki, Netanyahu seçki kampaniyası çərçivəsində etdiyi çıxışlarının birində nə qədər ki, hakimiyyətdədir, Fələstin dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyini bəyan edib.

Lakin seçkilərdə qələbə çalandan sonra fikrini korrektə edib və həmin sözləri daha çox təbliğati anlamda işlətdiyini bildirib.