“ABŞ İsrailin soyqırımlarında iştirak etməməlidir” – Berni Sanders

“Əziz Qəzzada İsrailin soyqırımına qəzəbli gənclər, əziz müsəlmanlar, öz azadlığı və hüquqları uğrunda mübarizə aparan fələstinlilər və ərəblər. Kamala Harrisin də sizinlə bağlı mövqeyində çox yanlışlar var, onu mən də tənqid edirəm, mən də ona qarşıyam, mən də Fələstinin mövcud olma, özünü təsdiqetmə hüququna dəstəyəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri Demokrat Partiyasının sol qanadının lideri, yəhudi əsilli senator Berni Sanders deyib.

“Bir yəhudi kimi İsrailin etdiyi soyqırımlara ən sərt şəkildə qarşıyam. Amma biz Kamalanı yola gətirə, ona təzyiq edə bilərik. Çünki tərəzinin gözündə Tramp daha çox israilçidir və onu yola gətirmək mümkün deyil.

ABŞ İsrailin soyqırımlarında iştirak etməməlidir. Harris seçilərsə, mən bu istiqamətdə onu yola gətirmək və ona təzyiq etmək üçün hər şey edəcəyəm. Fələstin xalqına və müsəlman dünyasına sülh və əmin-amanlıq arzu edirəm”, – o, söyləyib.

Rafi Müslümov

COP29