ABŞ itlərini Kabildə “unutdu” – FOTO

ABŞ Əfqanıstanın paytaxtı Kabildən çəkilərkən xidməti itləri hava limanında tərk edib.

Yenicag.az xəbər verir ki, bu barədə Amerikanın Veteran Çoban İtləri təşkilatı məlumat yayıb.

Qeyd edilib ki, Amerika birlikləri Kabildən çəkildiyi zaman xidməti itləri hava limanında qoyublar.

Paylaşılan şəkillərdə itlərin qəfəslərdə olduğu görülür.

Sözügedən təşkilat tərəfindən itlərin Kabildən təxliyyəsi üçün prosesin başladıldığı bildirilib.