ABŞ-li komandanı Daqlos Makqreqor ölkəsinin Suriyadakı savaşı Türkiyəyə sıçratmaqla bağlı planlar hazırladığını etiraf edib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Makqreqor Türkiyə və İsrailin də daxil olduğu müharibənin çox da uzaqda olmadığını vurğulayıb.
O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsini savaşdan uzaq tutmağa çalışsa da, ABŞ artıq Türkiyəyə hücum etmək üçün Suriyada hazırlıq görür.
“Bu səfər məsələ çox ciddidir”, – deyə vurğulayan Makqreqor PKK və YPG terror təşkilatlarının silahlandırılmasının təşviq edilməsinin intensivləşdiyini də sözlərinə əlavə edib.