ABŞ Konqresi Baydenin prezident seçkilərindəki qələbəsini təsdiqlədi

ABŞ Senatı və Nümayəndələr Palatası Cozef Baydenin prezident seçilməsini təsdiqləyib.

Yenicag.az xəbər verir ki, iclas ABŞ-ın xəbər telekanallarında canlı yayımlanıb.

Bayden Konqresin 270-dən çox seçici səsini qazanıb.

Konqresdəki seçici səslərinin təsdiqlənməsi noyabr səsverməsinin nəticələrini ümumiləşdirmə prosesinə və ABŞ administrasiyasının növbəti rəhbərinin rəsmi olaraq kim olduğu barədə mübahisələrə son qoymalıdır.