ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri BMT-nin İsrailin Fələstin torpaqlarında məskənsalma siyasətinə qarşı qəbul etdiyi qətnaməni pisləyiblər.
Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Nəşrin məlumatına görə, BMT Təhlükəsizlik Şurasının qərarını pisləyən bəyanatın qəbul olunmasının lehinə Nümayəndələr Palatasının 342 üzvü çıxış edib, Aşağı Palatanın 80 üzvü bəyanatın əleyhinə səs verib.
Sənədə əsasən, ABŞ BMT Təhlükəsizlik Şurasının gələcəkdə birtərəfli və ya İsrailin əleyhinə qəbul olunacaq qətnamələrinə veto qoymalıdır.
Yeniçağ.Az