ABŞ Konqresinə məxfi hesabat təqdim edildi – Ukraynaya bu silahlar veriləcək

 

NATO-nun Avropadakı qüvvələrinin komandanı Kristofer Kavoli ABŞ-in hələlik Ukraynaya təhvil vermədiyi və Rusiyaya qarşı müharibədə Ukrayna qüvvələrinə yardım edə biləcək Amerika silahlarının siyahısını tərtib edib.

Yenicag.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Kanalın həmsöhbətləri bildiriblər ki, Bayden administrasiyasının Ukrayna ilə bağlı strategiyası ilə əlaqədar ötən ayın əvvəlində Konqresə təqdim edilən məxfi hesabata əlavədə Kavoli ABŞ-nin Ukrayna ordusuna daha effektiv mübarizə aparmağa kömək edə biləcək imkanlarının siyahısını açıqlayıb. Xüsusilə, siyahıya JASSM hava-yer raketləri, həmçinin ABŞ və NATO tərəfindən istifadə edilən məlumat mübadiləsi şəbəkəsi olan “Link 16” kimi tanınan rabitə sistemi daxil idi.

Qeyd edildiyi kimi, belə bir sistem döyüş qurğuları arasında daha qüsursuz əlaqəni təmin etməli və xüsusilə hava və raket hücumundan müdafiə komandanlığı və idarəsi üçün faydalıdır. Mənbələr bildirir ki, Ukrayna dəfələrlə ona bu silahların hər iki növü ilə təmin olunmasını xahiş edib. Kavolinin siyahısında həmçinin ABŞ-nin faydalı olacağını düşündüyü sistemləri niyə təmin etmədiyi açıqlanmır.

Lakin Amerika rəsmiləri daha əvvəl həssas Amerika texnologiyasının Rusiyanın əlinə keçməsindən narahat olduqlarını bildiriblər, xüsusən də bu, “Link 16” sisteminə aiddir. Başqa bir mənbə isə əlavə edib ki, Ukrayna qüvvələri müəyyən səviyyədə hava üstünlüyünə nail olmasa, döyüş təyyarələrindən atılan “hava-yer” raketləri ukraynalılar üçün faydalı olmaya bilər. Ümumilikdə, ABŞ rəsmiləri deyirlər ki, onlar Ukraynanı ABŞ ordusunun Kiyevin indi onun döyüşünü dəstəkləməsi üçün lazım olduğu təxmin etdiyi hər şeyi təmin edir.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın sonunda Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşüb. Zelenskinin səfəri zamanı Pentaqon Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) vasitəsilə əlavə 2,4 milyard dollar ayıraraq, Ukrayna üçün əhəmiyyətli yeni təhlükəsizlik yardım paketi elan edib.

Rafi Müslümov

COP29