ABŞ-ın Hərbi Hava Qüvvələri Yer kürəsinin orbitinə çıxardığı məxfi peyk Yerə qayıdıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu kiçik ölçülü X-37B peykidir.
ABŞ-ın Hərbi Hava Qüvvələrinin idarə rəisi Rendi Valdenin bildirib ki, məxfi peykin missiyasının gedişatında araşdırma laboratoriyası üçün eksperimentlər aparılıb.
Qeyd edilib ki, bu peyk 2017-ci ildə kosmosa çıxarılıb, lakin daha əvvəl bu peyk barədə məlumat verilməyib.