ABŞ Kuba ilə münasibətlərə yenidən baxacaq.
Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.
“Hazırda biz Kuba ilə münasibətlərdə ABŞ-ın apardığı siyasətin tam şəkildə yenidən baxılması ilə məşğuluq”, – deyə Ş.Spayser bildirib.
Onun sözlərinə görə, rəsmi Havana ilə münasibətlərdə insan haqları ön planda duracaq.
Yeniçağ.Az