Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi

Birləşmiş Ştatlar özünün Kubaya qarşı qara siyahısına ada dövlətinin silahlı qüvvələrinə aid olan beş mehmanxananı daxil edib.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin dövlət katibi Maykl Pompeo tərəfindən verilən açıqlamada deyilib.

Amerika diplomatiyasının başçısı deyib: “Kubaya aid qara siyahının yenilənməsi ilə bağlı qərarı elan edirəm. Kuba hərbi qüvvələrinə məxsus olan beş təşkilat birbaşa maliyyə əməliyyatlarının qadağan edildiyi hüquqi şəxslər siyahısına daxil edilib”.

Sanksiyalarda paytaxtdakı bir oteldən, digəri Varadero kurort şəhərciyindən, həmçinin “Jardines del Rey” arxipelaqındakı üç oteldən bəhs edilır.

Amerika xarici siyasət idarəsinin başçısının qərarı noyabr 19-dan qüvvəyə minir.

www.yenicag.az

1455
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM