Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“ABŞ kürdləri İran və şiələrə qarşı silahlandırır” – Politoloq

Türkiyənin Suriya ərazisində əməliyyata başlamasının vəziyyətdən asılı olduğu bildirilir.

Bu barədə Yenicag.Ru-ya müsahibəsində Amerika-Azərbaycan İnkişafa Yardım Fondunun baş eksperti Aleksey Sinitsın deyib.

Politoloqun sözlərinə görə, Bəşər Əsədin kimyəvi silahdan istifadə etdiyi haqda məlumatların mübahisə doğurduğu bir şəraitdə ABŞ-ın Əsəd rejimini cəzalandırmaq niyyətindən əl çəkdiyini düşünməyə əsas yoxdur:

“Bu, o anlama gəlmir. Əminəm ki, Suriyanın kimyəvi silahı ilə bağlı məsələdən hələ çox istifadə olunacaq. Burada nəsə yeni, orijinal bir yanaşma da fikirləşməyəcəklər. Çünki kütləvi qırğın silahları bəhanəsindən İraqa müdaxilədən əvvəl də istifadə olunub.

ABŞ-ın Suriya ilə “haqq-hesab çəkməsi”nin səbəbləri var və onlardan birincisi Əsədin hərbi uğurlarıdır. Eyni zamanda, Suriyada İranın artan iştahını küsdürmək də nəzərdə tutulur. Digər tərəfdən, burada əsas amillərdən biri də ABŞ daxilində bununla bağlı Trampa edilən təzyiqlərdir.

“The Washington Times” qəzeti açıq yazıb ki, Əsəd qüvvələri, Sovet qoşunları – orijinalda belə də yazılıb – və İran hərbçilərinin Suriyada dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsi prezident Trampın qarışmamaq siyasətinin son sınağı olacaq.

Nə qədər təəccüblü olsa da əgər ABŞ Suriya, İraq və Yaxın Şərq üzrə mövqeyini qətiləşdirsəydi, Tramp belə təzyiqlə üzləşməzdi”.

Sinitsın daha sonra ABŞ-ın regiondakı kürdləri dəstəkləməsinin və silahlandırmasının səbəblərini belə izah edib:

““The Washington Times” qəzetinin yazdığına görə, ABŞ-ın müstəqil Kürdüstan ideyasını dəstəkləməsinin əsas səbəbi budur ki, o, siyasətlə “Şiə ayparası” – İran, İraq, Suriya və Livan birliyini pozmağı mümkün sayır.

Konqresin kürd hərbi birləşmələrinə 480 milyon dollar dəyərində yardım ayırması və Kürdüstanın İraqın tərkibində qalıb-qalmaması məsələsinin əhəmiyyətini qabartması maraqlı məqamdır. Buradan belə məlum olur ki, sağ əlin etdiyindən sol əlin xəbəri yoxdur”.

Politoloqun fikrincə, indiki şəraitdə Türkiyənin Suriya ərazisində “Fərat qalxanı”na bənzər əməliyyat keçirtməsi o qədər də real deyil:

“Fərat qalxanı”nı nəticə baxımından uğurlu əməliyyat adlandırmaq olar. Əməliyyatın əhəmiyyəti onda idi ki, Afrin və Rocava kürdlərinin birləşməsinə imkan vermədi.

Məsələnin mürəkkəbliyi ondadır ki, Fəratın sol sahilindəki kürd birləşmələri “Suriya demokratik qüvvələri”nin tərkibinə daxildirlər və onların əsas qüvvəsi olan YPG isə ABŞ-ın himayəsindədir. ABŞ onları silahlandırır, maliyyələşdirir və sair.

O baxımdan, Türkiyənin Suriyada “Fərat qalxanı” miqyasında əməliyyat keçirəcəyini düşünmürəm”.

Yenicag.Az

 

www.yenicag.az

523
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM