!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Maliyyə Nazirindən Afrika ölkələrinə “Çin” xəbərdarlığı

!Reklam – Yazi

“Afrika ölkələri Çinin qitədəki sərmayələri ilə bağlı diqqətli olmalıdır”.

Yenicag.az “Anadolu” agnetliyinə istinadən bildirir ki, bu sözləri ABŞ-nin maliyyə naziri Janet Yellen üç ölkəni əhatə edən Afrika turu çərçivəsində çıxışı zamanı deyib.

Rusiya-Ukrayna müharibəsinin sona çatmasının qlobal iqtisadiyyatı yüngülləşdirəcəyini bildirən Yellenə görə, müharibə daha çox Afrika iqtisadiyyatına mənfi təsir göstərib:

“Afrika ölkələri indiki iqtisadi əməkdaşlıqlarda daha ehtiyatlı davranmalıdır. Xüsusən də Çinlə əməkdaşlığa diqqət edilməməsi gələcəkdə qitənin xarici borcunu artıra bilər”.

O, bildirib ki, işləyən əhalinin artması qitə üçün bir şansdır:

“Afrika hələ də dünyanın ən gənc qitəsidir. Seneqalda orta yaş 19 hesab olunur. Hər ay 1,7 milyon afrikalı iş həyatına girir. ABŞ Afrikada əlçatan internet şəbəkəsi və rəqəmsal sahibkarlıq üçün 350 milyon dollarlıq investisiya yatırmaq istəyir”.

Gülşən

www.yenicag.az

352
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv