ABŞ-nin maliyyə naziri Canet Yellen yaxın aylarda inflyasiya səviyyəsinin azalacağını bəyan edib.
Yenicag.az xəbər verir ki, ABŞ-ni tənəzzüldən kənarda saxlamaq üçün istehlak xərclərinin dayanıqlılığı və iş yerlərinin artımının birləşməsi gözlənilir.
İnflyasiyanın yüksək olması və ABŞ Federal Ehtiyat Sisteminin (FED) buna qarşı aqressiv addımlar atması səbəbindən bu il tənəzzül ehtimallarından danışanların sayı da artıb.
Bununla bağlı maliyyə naziri Canet Yellen “This Week”ə verdiyi müsahibədə bildirib ki, iqtisadiyyat hazırda əmək bazarı səbəbindən çox sürətlə böyüyür. İndiki halda sabit artıma keçidi gözləmək başadüşülən olsa da, ABŞ-də tənəzzülün baş verməsi qaçılmaz hal deyil.
Yellen, həmçinin inflyasiyanın qəbuledilməz dərəcədə yüksək olduğunu da vurğulayıb. ABŞ-də inflyasiyanın yerli deyil, qlobal inkişaflardan təsirləndiyini deyən Yellen önümüzdəki aylarda inflyasiyanın sürətinin azalacağını bildirib.
Gülşən Şərif