ABŞ-da dərc olunan “New York Post” qəzeti maraqlı iddia ilə çıxış edib.
Yenicag.az xəbər verir ki, “New York Post”un irəli sürdüyü iddia ABŞ mətbuatının gündəminə çevrilib. Qəzet Brüsseldə davam edən NATO zirvəsi çərçivəsində görüşən Ərdoğan və Tramp münasibətlərindən yazıb. Bildirilib ki, ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı ilə səmimi söhbət etmək üçün qərbli liderləri “satıb”.
Tanınmış amerikalı jurnalist Bob Frederiksin qələmə aldığı məqalədə söhbət üçün ilk addımı Trampın atdığı bildirilib və qeyd olunub ki, Tramp bu növbədənkənar görüş üçün Qərb ölkələrinin liderlərini görməzlikdən gəlib.
Sonda isə onların bu dialoqunun zirvənin ilk günündə yadda qalan ən əhəmiyyətli hadisələrdən biri olduğu vurğulanıb.