ABŞ məhkəməsindən Trampa “Twitter” qadağası

ABŞ-da məhkəmə prezident Donald Trampa “Twitter”lə bağlı maraqlı qadağa qoyub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə başçısı onu tənqid edən abunəçiləri bloklamaq qadağan edilib.

Bununla bağlı iddia məhkəmədə hələ 2017-ci ildə Trampın blokladığı 7 nəfər tərəfindən qaldırılıb. İddiaçıların fikrincə, mikrobloq ictimai mübahisə və diskussiyalar meydanıdır. Fərqli baxışlar isə istənilməyən istifadəçilər tərəfindən bloka atılmağa səbəb olmamalıdır.

İşə baxan hakim vurğulayıb ki, həmin vəzifəli şəxsin hətta ABŞ prezidenti olması da vəziyyəti dəyişmir.