ABŞ Meksika ilə immiqrasiya məsələləri üzrə razılığa gəlib.
Yenicag.az xəbər verir ki, D.Tramp ABŞ-ın Meksika ilə razılaşmaya nail olduğunu bildirib. Bazar ertəsi tətbiq edilməsi planlaşdırılan rüsumların tətbiqi qeyri-müəyyən müddətə dayandırılıb.
ABŞ prezidenti, öz növbəsində, Meksikanın immiqrasiya siyasətini sərtləşdirəcəyini qeyd edib.